“Traktor” doğma meydanda uduzdu

Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Sepahan”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Təbrizin digər təmsilçisi “Maşinsazi” klubu da bu turda “İstiqlal”la səfər oyununda oxşar hesabla uduzub.

Üç turdan sonra 2 xalı olan “Traktor” 16 kollektiv arasında 13-cü, 1 xala malik “Maşinsazi” isə 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button