“Trabzonspor”un yeni baş məşqçisinin adı açıqlandı

Bir neçə gün əvvəl Ünal Karamanla yollarını ayıran Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi köməkçi-məşqçi Hüseyin Çimşirlə anlaşıb. Futbolçu kimi “Trabzonspor”, “Antalyaspor”, “Adana Dəmirspor”un şərəfini qoruyan Çimşir, məşqçilik karyerası ərzində “Akhisarspor”, “Kayseri Ərciyyəspor”, “Osmanlıspor”, “Trabzonspor”da köməkçi-məşqçi kimi çalışıb.

Çimşir yanvarın 5-dən “Trabzonspor”dakı yeni vəzifəsinə başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button