“Trabzonspor”un futbolçusu mövsümü erkən başa vurdu

Türkiyənin “Trabzonspor” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Abdülkadir Ömür sıradan çıxıb.

O, Türkiyə çempionatının 20-ci turu çərçivəsində “Konyaspor”la ev oyununda ağır zədə alıb. 21 yaşlı futbolçunun sol ayağında qırıq aşkarlandığı üçün meydanı xərəkdə tərk edib.

Ömürün zədəsinin ciddi olduğu və onun cari mövsümdə bir daha meydana çıxmayacağı bildirilir.