“Trabzonspor”un daha bir futbolçusu əməliyyat olundu

Türkiyənin “Trabzonspor” klubunun daha bir futbolçusu əməliyyat olunub.

Komanda.az xəbər verir ki, məşq zamanı zədələnən və əməliyyat olunan hücumçu Kaleb Ekubanın 2 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qanalı forvardın İtaliyada baş tutan əməliyyatının uğurlu keçdiyi bildirilib.

Xatırladaq ki, bir müddət öncə Trabzon klubunun digər aparıcı futbolçuları Abdülkadir Ömürlə Yusuf Sarı da əməliyyat olunmuşdu. Abdulkadir 5-6 ay, Yusuf isə azı ayyarım komandasına kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button