“Trabzonspor”dan transfer – RƏSMİ

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi TFF 1-ci Liqada mübarizə aparan “Balıkəsirspor”un gənc hücumçusu Rahmi Anıl Başaranı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı forvardla müqavilə növbəti mövsümün əvvəlindən qüvvəyə minəcək. “Trabzonspor” yeni transferinə görə “Balıkəsirspor”a 2 milyon Türkiyə lirəsi ödəyəcək.