“Trabzonspor”dan özbək futbolçu üçün 1 milyon avroluq təklif

“Trabzonspor” “Roma”nın hücumçusu Eldor Şomurodov üçün icarə təklifi edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu 27 yaşlı özbək futbolçunu 1 milyon avroya icarəyə götürmək istəyir.

Xəbərdə qeyd olunur ki, İtaliya klubunun hücumçunu almaq hüququ olmadan icarəyə verməyə razılaşması ehtimalı azdır.

Şomurodov ötən mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 40 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button