“Trabzonspor”dan növbəti qələbə

Bu gün Türkiyə Super Liqasında 2-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Son çempion “Trabzonspor” doğma meydanda “Hatayspor”la qarşılaşıb və minimal hesabla qalib gəlib.

Turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

Türkiyə Super Liqası
2-ci tur
12 avqust

Trabzonspor – Hatayspor 1:0
Qol
: A.Ömür, 71.