“Trabzonspor” yeni baş məşqçisi və onun qazancını açıqladı

Türkiyənin “Trabzonspor” klubu yeni baş məşqçisi ilə münasibətləri tam rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Qaradəniz təmsilçisi bu ilə qədər köməkçi-məşqçi kimi çalışan Hüseyin Çimşiri baş məşqçi təyin edib. O, bu postda ötən ilin sonlarında istefaya göndərilən Ünal Karamanı əvəz edib.

Futbolçu kimi “Trabzonspor”, “Antalyaspor”, “Adana Dəmirspor”un şərəfini qoruyan Çimşir, məşqçilik karyerası ərzində “Akhisarspor”, “Kayseri Ərciyyəspor”, “Osmanlıspor”, “Trabzonspor”da köməkçi-məşqçi kimi çalışıb.

Çimşir “Trabzonspor”dakı yeni vəzifəsinə yanvarın əvvəlindən başlasa da, onunla baş məşqçi kimi rəsmi müqavilə ötən gün imzalanıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar. Hüseyin Çimşir bu mövsümün qalan dövrü ərzində 250 min TL qazanacaq. Gələn mövsüm isə onun qazancı 3 milyon 500 min TL olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button