“Trabzonspor” qol “silah”ını itirdi

Türkiyənin “Trabzonspor” klubu daha bir ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa klubunun aparıcı oyunçusu Kaleb Ekuban sıradan çıxıb.

O, son məşqlərin birində komanda yoldaşı ilə toqquşma nəticəsində ayağından ağır zədə alıb. Trabzon təmsilçisi rəsmi saytı vasitəsilə qanalı forvardın əməliyyat olunacağını bəyan edib. 25 yaşlı futbolçu təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Ekuban bu mövsüm 7 rəsmi oyunda 5 qola (Avropa Liqasında 4 oyuna 4, Super Liqada 3 oyuna 1 qol) imza atmaqla “Trabzonspor”un ən məhsuldar futbolçusu idi.

Trabzon klubunda Ekubandan öncə Abdülkadir Ömür və Yusuf Sarının da əməliyyat olunacağı açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button