“Trabzonspor” “Palmeyras”ın futbolçusu ilə gücləndi

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın “Palmeyras” klubunun müdafiəçisi Vitor Huqonu transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

Trabzonlular 29 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transferinə görə onun klubuna 3.2 milyon avro ödəyiblər. “Trabzonspor” futbolçunun başqa bir kluba satışı zamanı əldə olunacaq gəlirin 25 faizini “Palmeyras”a ödəməli olacaq. Vitor Huqo özü isə yeni klubunda ilinə 1.35 milyon avro qazanacaq.

Karyerasının böyük hissəsini Braziliya keçirən futbolçu “Santo Andre”, “Sport”, “İtuano”, “Keara”, “Amerika Mineyro” kimi komandalarda da oynayıb. O, 2017-2019-cu illər aralığında “Fiorentina“da legioner həyatı da yaşayıb.