“Trabzonspor” daha iki transferi açıqladı

“Trabzonspor” heyətinə daha iki futbolçu qatmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Volfsburq” klubunun formasını geyinən Yunus Mallı və “Alanyaspor”un legioneri Anastasios Bakasetası transfer edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə hər iki futbolçu və onların klubları ilə danışıqlara start verildiyi diqqətə çatdırılıb. Böyük ehtimalla ən yaxın günlərdə hər iki futbolçu Trabzona gələrək rəsmi müqaviləyə imza atacaq.

Türkiyə yığmasının da üzvü olan Yunus Mallı, Münhenqaldbax “Borussiya”sının yetirməsidir. 2017-ci ildən “Volfsburq”un uğurları üçün çalışan 28 yaşlı yarımmüdafiəçi, “Maynts” və “Union Berlin”də də çıxış edib.

Bakasetas isə 2019-cu ildən “Alanyaspor”da forma geyinirdi. Yunanıstan yığmasının 27 yaşlı üzvü karyerası ərzində “Asteras”, “Aris”, “Panionios” və AEK klublarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button