“Trabzonspor” argentinalı futbolçu aldı – RƏSMİ

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi argentinalı mərkəz müdafiəçisi Qaston Kampini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinanın “Estudiantes” klubundan transfer olunan futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Trabzon klubu bu keçidə görə 898 min dollar təzminat ödəyib. Kampi başqa kluba satılacağı halda, “Trabzonspor” gəlirin 20 faizini də Argentina təmsilçisinə ödəməlidi.

28 yaşlı müdafiəçi özü qarşıdakı mövsümdə yeni klubunda 339 min, 2020/21 mövsümündə 534 min, 2021/22 mövsümü üçün 587 min avro gəlir əldə edəcək.