Tovuz şəhər stadionunun ot örtüyü yenilənir: yenə süni örtük olacaq

AFFA Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi ilə bağlı işlərə başlayıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə hazırkı ot örtüyünün sökülməsi başa çatdırılacaq.

Bundan sonra isə standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.

Xatırladaq ki, bir müddət öncə Tovuz stadionuna təbii ot örtüyü salınacağı açıqlanmışdı. Lakin AFFA-nın yeni açıqlaması bu məlumatın doğru olmadığını göstərir.

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” ev oyunlarını bu arenada keçirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button