Totti Salah haqda: “Hər oyundan və ya məşqdən sonra yanıma gəlib…”

İtaliya millisinin sabiq üzvü Françesko Totti, “Roma”dan ayrılaraq, “Liverpul”a transfer olunan Məhəmməd Salah haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Totti, 2017-ci ildə klubu tərk edən misirli hüçumçu ilə xüsusi əlaqələrinin olduğunu deyib:

“Hansısa bir futbolçunun “Roma”dan ayrılması üzücüdür. Çünki onlarla birlikdə çox vaxt keçirirsiz. Salah, Alisson Bekker də elə futbolçulardan idi.

Salahla xüsusi əlaqələrimiz vardı. Hər oyundan və ya məşqdən sonra yanıma gəlib, “sən başqa bir səviyyədə futbolçusan” deyərdi. Onunla çox zaman keçirmişik. Meydanda və meydandan kənarda çox yaxşı biri idi. Onun transfer qərarına hörmətlə yanaşıram”.

Françesko Totti və Məhəmməd Salah 2015-2017-ci illər aralığında birlikdə “Roma”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button