Totti “Roma”ya inanmır

“Roma”nın canlı əfsanəsi hesab olunan Françesko Totti paytaxt klubu ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı sabiq futbolçu, “canavarlar”ın bu mövsüm ilk 4-lüyə düşə bilməyəcəyini deyib:

“Bu mövsüm “Roma”nın A Seriyasını ilk 4-lükdə tamamlaya biləcəyini düşünmürəm. “Napoli”, “İnter” və “Yuventus” ilk 3-lükdə yer alacaqlar. Ümid edirəm ki, yanılaram və “Roma” 4-cü yer üçün mübarizə apara bilər. Komandanın ən azı Çempionlar Liqasına vəsiqə qazanmasını istəyirəm. Bunu bacarmaq üçün transfer dövrü bitməmiş, nəsə etməlidirlər”.

İtaliyalı sabiq futbolçu, A Seriyasının növbəti turunda keçiriləcək “Latsio” – “Roma” oyunu haqqında da danışıb:

“Roma derbisini stadiondan izləyə bilərəm. “Roma” kağız üzərində daha güclü görünsə də, “Latsio” yaxşı heyət qurub. Onlar Simone İnzaqi ilə bu mövsüm təhlükəli komanda olacaqlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button