“Tottenhem”lə oyun asan olmayacaq” – Emeri

İngiltərə Premyer Liqasının son turunda “Bornmut”a 5:1 hesabı ilə qalib gələn “Arsenal”ın baş məşqçisi Unay Emeri, açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, qələbənin komandası üçün motivasiya olduğunu deyib:

“Bu qələbə “Tottenhem”lə oyundan əvvəl bizim üçün böyük motivasiya oldu. Bizim böyük fürsətimiz vardı və bunu dəyərləndirdik. “Tottenhem”lə oyun asan olmayacaq”.

İspan mütəxəssis, oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Məsut Özil haqqında da danışıb:

“O, bu oyunda çox yaxşı idi. Məncə, Özil “Arsenal”da olduğu üçün xoşbəxtdir. Məsut kimi bir futbolçuya sahib olduğumuz üçün qürur duyuram. O, öz səviyyəsi ilə bizə kömək edir və komandanın meydanda təşkilatlanması üçün çalışır. Bundan başqa, fərqli sistemlərdə mükəmməl oyun sərgiləyir”.

Son 6 Premyer Liqa matçının 5-də qələbə qazanan “topçular”, 56 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button