“Tottenhem”in yeni hədəfi “Çelsi”nin futbolçusu oldu

Adı bir neçə klubla yanaşı çəkilən “Çelsi”nin futbolçusu Olivye Jiruya daha bir təklif var.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” 33 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. London klubu Jirunu transfer etməklə, uzun müddətə zədələnən Harri Keynin boşluğunu doldurmaq niyyətindədir. “Tottenhem”in yeni hücumçu üçün 10 milyon avroluq büdcə ayırdığı deyilir.

Jirunun “İnter”in də maraq dairəsində olduğu bildirilir.

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək fransalı futbolçu 2018-ci ildən “zadəganlar”ın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button