“Tottenhem”in sabiq üzvü Super Liqa klubunda

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Pol Joze Mpokunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb. O, “Konyaspor” klubunda “40” nömrəli formanı geyinəcək.

Mpoku ötən mövsüm Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klubunda forma geyinib. O, əvvəllər “Standard”, “Panatinaikos”, “Kyevo”, “Kalyari”, “Leyton Orient” və “Tottenhem”də də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button