“Tottenhem”in futbolçusundan 100 minlik yardım

“Tottenhem”in futbolçusu Hon Min Son Cənubi Koreyada baş verən yanğında zərər görənlərə yardım edib.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu yanğın qurbanlarına 100 min funt-sterlinq pul bağışlayıb. Bu barədə o, “tvitter” hesabından məlumat yayıb:

“İnanıram ki, pulun bir əhəmiyyəti yoxdur. İndi əsas məqsədimiz zərərçəkənlər üçün az da olsa, nəsə etməkdir”.

Aprelin 4-də Cənubi Koreyanın Qanvon vilayətində dağ meşələrində güclü yanğın baş verib. Gecə saatlarında başlayan yanğın küləyin güclənməsiylə 250 hektarlıq əraziyə yayılıb. Yanğın zamanı 135 ailə evsiz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button