“Tottenhem”dən Meksika klubuna – Rəsmi

“Tottenhem”in futbolçusu Vinsent Yansenin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Monterrey” klubuna transfer olunub. Bu barədə Meksika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yansenlə 5 illik müqavilə imzalanıb.

“Monterrey” holland hücumçu üçün “Tottenhem”ə 7 milyon avro təzminat ödəyib.

2016-cı ildə 22 milyon avro qarşılığında “Tottenhem”ə transfer olunan Yansen, son mövsümdə Premyer Liqada 3 oyunda iştirak etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button