Eriksendən “Real” açıqlaması

“Tottenhem”in futbolçusu Kristian Eriksen “Real”a transfer olunacağı iddialarıyla bağlı danışıb.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan danimarkalı yarımmüdafiəçi, bunları deyib:

“Tottenhem”ə hörmət edirəm, ancaq yeni bir şeylər yaşamağın vaxtıdır. “Real”a getmək mənim üçün irəli atılmış bir addım olar. Ancaq bildiyim qədəri ilə tərəflər arasında danışıqlar yoxdur”.