Eriksen “İnter” üçün Milanda! FOTO

“Tottenhem”in futbolçusu Kristian Eriksen karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “İnter”ə keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Eriksen tibbi müayinədən keçmək üçün bu gün Milan şəhərinə gəlib.

“İnter” yaxın zamanda Eriksenin transferini rəsmən açıqlayacaq.

Bu mövsüm “Tottenhem”lə Premyer Liqada 20 oyuna çıxan Eriksen, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.