“Real” onunla razılaşdı, finalı gözləyir

“Tottenhem”in futbolçusu Kristian Eriksen karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi “Real”la razılığa gəlib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Real” Eriksenin transferini Çempionlar Liqasının final matçından sonra açıqlayacaq.

ÇL-in finalında “Liverpul”la “Tottenhem” qarşılaşacaq. Matç iyunun 1-də, saat 23:00-da start götürəcək.