İngiltərə millisinin üzvü “Yuventus”un “radar”ında

“Tottenhem”in futbolçusu Kiran Trippye “Yuventus” klubunun diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçisi Mauritsio Sarri 28 yaşlı müdafiəçinin transfer edilməsini istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Trippye, “Mançester Siti”yə transfer olunacağı gözlənilən Joao Kanseloya əvəzləyici kimi düşünülür. “Yuve” Trippyeyə illik 2,6 milyon avro məvacib və 5 illik sözləşmə təklif edəcək.

Son mövsümdə “Tottenhem”in heyətində 38 qarşılaşmaya çıxan müdafiəçi, İngiltərə millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button