Mourinyonun rəmzi komandası

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo işlədiyi komandalardakı ən yaxşı futbolçulardan ibarət rəmzi heyəti açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis rəzmi komandasında “Mançester Yunayted”in heç bir futbolçusuna yer verməyib:

Qapıçı: Petr Çex (“Çelsi”);

Müdafiəçilər: Xavyer Zanetti (“İnter”), Con Terri (“Çelsi”), Rikardo Karvalyo (“Portu”, “Çelsi”, “Real”), Vilyam Qallas (“Çelsi”);

Yarımmüdafiəçilər: Klod Makelele (“Çelsi”), Frenk Lempard (“Çelsi”), Məsut Özil (“Real”);

Hücumçular: Eden Hazard (“Çelsi”), Kriştiano Ronaldo (“Real”), Didye Droqba (“Çelsi”).

Mourinyo “Tottenhem”dən əvvəl “Portu”, “Çelsi”, “Real”, “İnter” və “Mançester Yunayted” kimi klubları çalışdırıb.