1 nömrəli hədəf: Pyatek!

İngiltərənin “Tottenhem” klubu zədələnən futbolçusu Harri Keynin boşluğunu yeni transferlə doldurmaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu bir aylıq sıradan çıxan hücumçunun boşluğunu dolduracaq futbolçunu İtaliyada tapıb. Klubun əsas hədəfi “Milan”ın futbolçusu Kşiştof Pyatekdir. “Tottenhem” polşalı futbolçunu azı mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. Klub, futbolçunun oyunundan razı qalacağı halda, onu 30 milyon avro müqabilində transfer edə bilər.

Bundan başqa, Pyatekin keçidi alınmasa, “Tottenhem”in digər iki seçimi “Lion”un futbolçusu Mussa Dembele və “Fulhem”in üzvü Aleksandar Mitroviç olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button