“Tottenhem”də ciddi itki – Qolu çıxdı

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Brayton”a 0:3 hesabı ilə məğlub olan “Tottenhem” ciddi itki ilə üzləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubunun qapıçısı Uqo Lloris zədələnib. Oyunun 9-cu dəqiqəsində dirsəyindən zədələnən futbolçu, meydanı erkən tərk edib. Futbolçunun vəziyyəti və sağalma müddəti ilə bağlı məlumatın növbəti həftə olacaq həkim müayinəsindən sonra dəqiqləşəcəyi bildirilir.

İngiltərə mətbuatı fransalı qolkiperin qolunun çıxdığını və futbolçunun azı iki ay yaşıl meydanlardan kənarda qalacağını bildirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button