“Tottenhem”dən Poçettinonun oğluna peşəkar müqavilə

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Maurisio Poçettinonun oğlu ilk peşəkar müqaviləyə imza atıb.

Komanda.az xəbər verir ki, bu barədə atası ilə eyni adı və soyadı daşıyan oğul Maurisio Poçettino özünün “İnstaqram” hesabında məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümdə “Tottenhem”in U-23 komandasında oynayacaq.

Qeyd edək ki, Poççetino 2017-ci ildən klubun yeniyetmələrdən ibarət komandasında oynayırdı.