“Tottenhem”dən ayrılan futbolçu İtaliyada?

Mövsümün sonunda “Tottenhem”dən ayrılan Yan Vertongen karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, “canavarlar” futbolçuyla danışıqlara da başlayıb. Paytaxt klubu Vertongenə ildə 3 milyon avro olmaqla, 2 illik müqavilə təklif edib.

Belçikalı futbolçu 2012-ci ildən “Tottenhem”də çıxış edirdi.