“Tottenhem”də “Mançester Siti” oyunu öncəsi 4 itki

“Tottenhem” İngiltərə Premyer Liqasının 2-ci turunda “Mançester Siti” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, London təmsilçisi sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rayan Sessenyon, Xuan Foti, Hın-Min Son və Dele Alli “Mançester Siti” qarşısında forma geyinməyəcək. Hın-Min Son cəza, digər 3 futbolçu isə zədə səbəbindən sözügedən oyunda iştirak etməyəcək.

“Mançester Siti” – “Tottenhem” matçı bu gün, saat 20:30-da start götürəcək.