“Tottenhem”də daha 3 ayrılıq – RƏSMİ

Müdafiəçisi Kiran Trippyeri Madrid “Atletiko”suna satan İngiltərənin “Tottenhem” klubunda daha üç ayrılıq yaşanıb.

Komanda.az xəbər verir ki, London təmsilçisi bu yay komandadan gedəcək futbolçuların siyahısını açıqlayıb.

Siyahıda müdafiəçi Denni Rouz, yarımmüdafiəçi Jorj-Kevin Nkudu və hücumçu Vinsent Yansenin adları yer alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Adı çəkilən futbolçuların “Tottenhem”in yeni mövsüm öncəsi təlim-məşq toplanışına aparılmayacağı açıqlanıb.