“Tottenhem” yeni müqavilə təklif etməsə…

Son mövsümü “Tottenhem”də keçirən Fernando Llorente yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu, “Fiorentina”nın maraq dairəsindədir. London təmsilçisi ilə müqaviləsinin müddəti bitən futbolçu, hazırda azad agent statusu daşıyır. “Tottenhem”in futbolçuya yeni – 1 illik müqavilə təklif edəcəyi də istisna olunmur. “Tottenhem”in yeni müqavilə təklifi olmasa, “Fiorentina”nın ispan futbolçu ilə danışıqlara başlayacağı bildirilir.

2013-2015-ci illərdə “Yuventus”da oynayan futbolçu, 2017-ci ildən “Tottenhem”in şərəfini qoruyurdu. O, son mövsüm iştirak etdiyi 35 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.