“Tottenhem” üçün 2 seçim

İngiltərənin “Tottenhem” klubu “Atletiko”ya transfer olunan Kiran Trippyerin boşluğunu doldurmaq üçün axtarışları davam etdirir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Napoli”nin futbolçusu Elseid Husay və “Roma”nın şərəfini qoruyan Alessandro Florensi London təmsilçisinin maraq dairəsindədir. Klub, iki futbolçudan birini Trippyerin əvəzləyicisi kimi komandaya cəlb edə bilər.

Hər iki müdafiəçi klubları ilə yollarını ayırmağa hazırlaşır. Husayla “Atletiko”nun da yaxından maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button