“Tottenhem” PSJ-ni ikinci dəfə əliboş yola saldı

PSJ “Tottenhem”in futbolçusu Dele Allini heyətinə qatmaq istəyib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Paris klubu 24 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq üçün “Tottenhem”ə ikinci dəfə təklif göndərib. Lakin London klubu bu dəfə də icarə təklifindən imtina edib. Əsas futbolçularından birini itirmək istəməyən “Tottenhem” Alli üçün gələcək bütün təklifləri rədd etməyi planlaşdırır.

2015-ci ildən “Tottenhem”də çıxış edən ingiltərəli futbolçunun klubla müqaviləsi 2024-cü ildə başa çatır.