“Tottenhem” “Napoli”nin futbolçusu üçün danışıqlara başladı

“Napoli”nin futbolçusu Amadu Diavara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Tottenhem” 21 yaşlı yarımmüdafiəçiylə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Tottenhem”in Diavara ilə danışıqlara başladığı bildirilib.

Diavara da Premyer Liqaya getməyə müsbət yanaşır. Qış transfer pəncərəsi dövründə “Milan” yarımmüdafiəçiylə yaxından maraqlansa da, maliyyə feyr-pley qaydaları futbolçunun transferinə imkan verməmişdi.

2016-cı ildən “Napoli”də forma geyinən qvineyalı futbolçu, bu mövsüm A Seriyasında 13 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button