PSV-dən “Tottenhem”in futbolçusuna təklif

İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Tobi Alderveyreld komandadan ayrılmağa hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Niderlandda davam etdirə bilər. Onun xidmətində PSV maraqlıdır. Eredivizya klubunun futbolçuya təklif göndərdiyi və danışığın aparıldığı bildirilir.

2015-ci ildən London klubunun şərəfini qoruyan belçikalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button