“Tottenhem” onu satmaq istəyir

İngiltərənin “Tottenhem” klubu futbolçusu Denni Rouzla yollarını ayırmağa hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi London klubunun gələcək planlarına daxil deyil. Bu səbəblə, “Tottenhem” müqaviləsi cari mövsümün sonunda bitəcək futbolçunu qış fasiləsində satmağı planlaşdırır. Rouzla “Vest Bromviç”in maraqlandığı bildirilir.

İngiltərəli futbolçu 2007-ci ildən “Tottenhem”in şərəfini qoruyur. O, cari mövsümdə əsas komandada şans qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button