“Tottenhem” müdafiəçi transferinə hazırlaşır

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu “Vulverhempton”dan Matt Dohertini heyətinə qatmağa hazırlaşır. “Tottenhem”in 28 yaşlı müdafiəçi üçün qarşı tərəfin tələb etdiyi 16 milyon funt-sterlinqi ödəməyi qəbul etdiyi bildirilir.

Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

İrlandiya millisinin üzvünün “Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button