“Tottenhem” məğlub oldu, “Milan”la “Arsenal” darmadağına sevindi

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, İ qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Görüş Qarabağdakı hadisələrə görə Türkiyədə keçirilib və Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qrupun digər matçında “Sivasspor” İsrailin “Makkabi” klubunu qəbul edib. Bu oyunda da qələbəni qonaqlar bayram ediblər.

H qrupu çərçivəsində “Milan” doğma meydanda Çexiya “Sparta”sını sınağa çəkib və darmadağına sevinib. “Lill” isə “Seltik”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

F qrupunda ilk turda “Alkmaar”a (Niderland) uduzan “Napoli” bu dəfə səfərdə İspaniya “Real Sosyedad”ının qonağı olub və minimal hesabla qalib gəlib. Qrupun digər matçında “Alkmaar” “Riyeka”nı (Xorvatiya) qəbul edib və darmadağına sevinib.

Gecənin ən sürpriz nəticəsi isə Belçikada qeydə alınıb. Burada yerli “Antverpen” İngiltərə “Tottenhem”ini məğlub yola salıb.

Avropa Liqası, qrup mərhələsi, 2-ci tur

29 oktyabr

G qrupu

Zarya (Ukrayna) – Braqa (Portuqaliya) 1:2
Qol
: İvanisenia, 90+6 – Paulinyo, 4. Qaytan, 11.

AEK (Yunanıstan) – Lester (İngiltərə) 1:2
Qol
: Tankoviç, 49 – Vardi, 18-pen. Çaudri, 39.

H qrupu

Milan (İtaliya) – Sparta (Çexiya) 3:0
Qol
: B.Dias, 24. Leao, 57. Dalot, 67.

Lill (Fransa) – Seltik (Şotlandiya) 2:2
Qol
: Z.Çelik, 67. İkone, 75 – M.Elyunussi, 28; 32.

İ qrupu

Sivasspor (Türkiyə) – Makkabi (Təl-Əviv, İsrail) 1:2
Qol
: Kayode, 55 – Biton, 68-pen. Peretz, 75.

Qarabağ – Vilyarreal (İspaniya) 1:3
Qol
: K.Ovusu, 78 – Y.Pino, 80. P.Alkaser, 85; 90+6-pen.

J qrupu

Antverpen (Belçika) – Tottenhem (İngiltərə) 1:0
Qol
: Refaelov, 29.

LASK (Avstriya) – Ludoqorets (Bolqarıstan) 4:3
Qol
: Baliç, 2. Qruber, 11. Raquz, 34. Verdon, 45-öz qapısına – Manu, 15; 67; 74-pen.

K qrupu

ÇSKA (Moskva, Rusiya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:0

Feyenoord (Niderland) – Volfsberq (Avstriya) 1:4
Qol
: Berqeys, 54 – Liendl, 4-pen; 13-pen; 60. Yovelyiç-66-pen.

L qrupu

Gent (Belçika) – Hoffenhaym (Almaniya) 1:4
Qol
: Klayndinst, 90+3 – Belfodil, 35-pen. Qrilitş, 52. Qaçinoviç, 73. Baumqartner, 90+4.

Srvena Zvezda (Serbiya) – Slovan (Çexiya) 5:1
Qol
: Ben, 7; 22. Qayiç, 50. Katai, 67. Falçinelli, 70 – Matusek, 41.

A qrupu

Roma (İtaliya) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0

ÇFR (Rumıniya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol
: Rondon, 62 – Fassnaxt, 69.

B qrupu

Arsenal (İngiltərə) – Dandalk (İrlandiya) 3:0
Qol
: Nketia, 42. Uillok, 44. Pepe, 46.

Molde (Norveç) – Rapid (Vyana, Avstriya) 1:0
Qol
: Omoyjuanfo, 65.

C qrupu

Slaviya (Praqa, Çexiya) – Bayer (Almaniya) 1:0
Qol
: Olayinka, 80.

Nitsa (Fransa) – Hapoel (Beer-Şava, İsrail) 1:0
Qol
: Quiri, 23.

D qrupu

Benfika (Portuqaliya) – Standard (Belçika) 3:0
Qol
: Pizzi, 49-pen; 76. Valdşmidt, 66-pen.

Reyncers (Şotlandiya) – Lex (Polşa) 1:0
Qol
: Morelos, 68.

E qrupu

Omoniya (Kipr) – PSV (Niderland) 1:2
Qol
: Qomes, 29 – Malen, 40; 90+3.

Qranada (İspaniya) – PAOK (Yunanıstan) 0:0

F qrupu

Real Sosyedad (İspaniya) – Napoli (İtaliya) 0:1
Qol
: Politano, 56.

Alkmaar (Niderland) – Riyeka (Xorvatiya) 4:1
Qol
: Koopmeyners, 6-pen. Qudmundsson, 20; 60. Karlsson, 51 – Kulenoviç, 72.

Bombardir: Pako Alkaser (Vilyarreal), Lindl (Volfsberq) – 4 qol.