Poçettino niyə qovulub? – açıqlama

“Tottenhem” klubunun prezidenti Daniel Levi Maurisio Poçettinonun baş məşqçi postundan göndərilməsinin səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, klubun saytına danışan Levi, bunları deyib:

“Poçettinonu göndərməklə bağlı qərar verməkdə çox istəksiz idik. Bu, tələsik alınmış qərar deyildi. Ötən mövsümün sonunda və bu mövsümün başlanğıcında alınan pis nəticələr bizi məyus edirdi. Çətin qərarlar vermək rəhbərliyin işidir. Maurisionun etdiklərini nəzərə alanda, belə qərarlar almaq daha çətin olur, ancaq klubun mənfəətlərinə görə hərəkət etməliydik.

Poçettino və köməkçiləri sonsuza qədər “Tottenhem”in tarixində qalacaq. Poçettinonun çətin zamanlarda kluba necə kömək olduğunu, komandada necə müsbət atmosfer yaratdığını bilirəm. Ona xidmətlərinə görə təşəkkür edirəm”.

2014-cü ilin mayından “Tottenhem”i çalışdıran Poçettino, dünən istefaya göndərilib. London təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyo olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button