“Tottenhem”in yeni transferi zədələndi

“Tottenhem” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Tanquy Ndombele zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın son məşqində zədələnən Ndombele “Tottenhem”in Premyer Liqanın 3-cü turu çərçivəsində “Nyukasl”la qarşılaşacağı oyunda iştirak etməyəcək. London təmsilçisi Ndombeleni bu yay “Lion”dan transfer edib.

“Tottenhem” – “Nyukasl” matçı sabah, saat 19:30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button