“Tottenhem” Harri Keynə qiymət qoydu

İngiltərənin “Tottenhem” klubu hücumçusu Harri Keynin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçunu klubda saxlamağa çalışan londonlular, onun üçün 250 milyon funt-sterlinq transfer qiyməti müəyyənləşdirib. Klub prezidenti Daniel Levinin futbolçunu komandada saxlamaq niyyətində olduğu bildirilir.

Buna baxmayaraq, “Tottenhem”in cari mövsümü kuboksuz başa vuracağı halda, ingiltərəli futbolçunun klubdan ayrılacağı deyilir.

2011-ci ildən “Tottenhem”də çıxış edən Keynin klubla müqaviləsi 2024-cü ilədək nəzərdə tutulur. O, cari mövsümdə iştirak etdiyi 7 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button