“Tottenhem” futbolçusunu Almaniyaya göndərdi

Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Tottenhem” klubunun futbolçusu Rayan Sessenyonu icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi 2020/21 mövsümünün sonuna qədər “Hoffenhaym”ın uğurları üçün çalışacaq.

Sessenyon 2019-cu ilin yayından “Tottenhem”də çıxış edirdi. İngilis futbolçu 2016-2019-cu illər aralığında formasını geyindiyi “Fulhem”də 100-dən çox oyun keçirsə də, “Tottenhem”də əsas heyət üzvünə çevrilə bilmədi.

Yeri gəlmişkən, “Hoffenhaym” ötən mövsüm “Şalke”dən icarəyə götürdüyü Sebastyan Rudini yenidən sıralarına cəlb edib. Almaniya yığmasının da üzvü olan 30 yaşlı yarımmüdafiəçi yenə bir illik icarəyə götürülüb. “Ştutqart”ın yetirməsi olan 2010-2017-ci illər aralığında da “Hoffenhaym”ın uğurları üçün çalışıb. O, 2017/18 mövsümündə “Bavariya”nın da formasını geyinib.

Rudi “Hoffenhaym”da “16”, Sessenyon isə “17” nömrəli formanı geyinəcək.