ÇL: “Tottenhem” – “Ayaks” matçı ispanlara tapşırıldı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Tottenhem” – “Ayaks” matçına təyinatlar açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Londonda keçiriləcək oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Antonio Mateu Laos olacaq. Ona Pau Serbian Devis və Robert del Palomar kömək edəcək. VAR hakimi Alexandro Hernandes və Xuan Martines olacaq. Dördüncü hakim funksiyasını isə Alberto Undiano Malyenko yerinə yetirəcək.

“Tottenhem” – “Ayaks” matçı aprelin 30-da, saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab oyunu mayın 8-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button