90 milyon avro təklif edəcəklər – argentinalı üçün

“Tottenhem” tezliklə hücumçu Lautaro Martines üçün “İnter”ə təklif göndərəcək.

Komanda.az “Sport İtalia”-ya istinadən xəbər verir ki, İngiltərə klubu 24 yaşlı argentinalı üçün təxminən 90 milyon avro təklif edəcək.

Martinesin Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Martines ötən mövsüm “İnter”in heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 25 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button