“Tottenhem” 34 yaşlı futbolçu ilə vidalaşır

Cari mövsümün sonunda “Tottenhem”lə müqaviləsi bitən Fernando Llorente London təmsilçisindən ayrılmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, ispan hücumçu, ölkəsinin mətbuatına verdiyi açıqlamada, gələcək karyerası ilə bağlı qərar vermədiyini deyib:

“Tottenhem”lə müqaviləmin müddəti bitdi və gələcəyimlə bağlı heç bir fikrim yoxdur. Bundan sonra nələr olacağını görəcəyik”.

2017-ci ildən “Tottenhem”də çıxış edən 34 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 35 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button