“Torino” mövsümdə ilk qələbəsini qazandı

Futbol üzrə İtaliya A Seriyasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Torino” səfərdə “Cenoa” ilə üz-üzə gəlib.

Turnir cədvəlinin son pillələrində qərarlaşan komandaların duelində sevinən tərəf Turin təmsilçisi olub. Bununla da “Torino” cari mövsümdə ilk qələbəsini qazanıb.

İtaliya A Seriyası
3-cü turdan təxirə salınan oyun

4 noyabr

Cenoa – Torino 1:2
Qol
: Skamakka, 90+4 – Lukiç, 10. Pelleqrini, 26-öz qapısına.