Afrikalı futbolçu yenidən “Qəbələ”nin düşərgəsində

Toqolu futbolçu Yaovi Akakpo yenidən “Qəbələ” klubunda baxışdadır.

Komanda.az xəbər verir ki, afrikalı yarımmüdafiəçi “Qəbələ”nin Antalyada Macarıstanın “MTK Budapeşt” klubu ilə keçirəcəyi yoxlama oyununun əsas heyətinə daxil edilib.

Akakpo ötən il də “Qəbələ”də baxışda idi. Ancaq əyalət təmsilçisinin keçmiş baş məşqçisi Sənan Qurbanov yarımmüdafiəçini bəyənməmişdi.