“Top yüz faiz əlimə dəyməmişdi” – Bəhlul Mustafazdə

Futbol üzrə Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına səfərdə 0:1 hesabı ilə uduzub.

Komanda.az xəbər verir ki, oyunun sonlarında vurduğu təmiz qolu sayılmayan Bəhlul Mustafazadə qarşılaşmadan sonra açıqlama verib:

“Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqibin təzyiq edəcəyini bilirdik. Çünki macarlara da xal lazım idi.

Həmin epizodda top əlimə dəyməmişdi. Qol ləğv ediləndə, elə bildim oyundankənar vəziyyətdir. Amma sonra gördüm ki, əllə oyun qeydə alıb. Baş hakimin səhvə yol verdiyini bilirdim, lakin əlimizdən bir şey gəlmirdi. Hakim artıq qərarını vermişdi. Toparlanmaq lazım idi. Top yüz faiz əlimə dəyməmişdi. Qol sayılmadığı üçün təəssüflənirəm”.