Tolisso “Lion”da – rəsmi

“Bayern”dən ayrılan futbolçu Korentin Tolissonun yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Fransa “Lion”u ilə 5 illik müqavilə imzalayıb.

Tolisso 2017-ci ilin yayında məhz bu klubdan “Bayern”ə keçmişdi. O, 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, “Bayern”də 118 oyunda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button